ABŞ Suriyada kimyəvi silahın müxalifət tərəfindən istifadə edilməsinə inanmır

ABŞ Suriyada kimyəvi silahın müxalifət tərəfindən istifadə edilməsinə inanmır
# 22 avqust 2013 21:59 (UTC +04:00)

Bakı-APA. Rəsmi Vaşinqton Suriyada kimyəvi silahın müxalifət tərəfindən istifadə edilməsinə inanmır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki açıqlamasında bildirib. “Biz əvvəlki kimi hesab edirik ki, onların kimyəvi silahdan istifadə etmək imkanları yoxdur. Əgər rejimin gizlətməli heç nəyi yoxdursa, onda BMT-nin inspektorlarına araşdırmanın aparılması üçün imkanlar yaradılmalıdır”, deyə Dövlət Departamentin nümayəndəsi qeyd edib.

Qeyd edək ki, avqustun 21-də bir sıra KİV-lər Dəməşqin ətrafında kimyəvi silahdan istifadə barədə məlumatlar yayıb. İlkin məlumatlara görə, 600-dən çox insan kimyəvi silahın qurbanı olub. Suriya müxalifətinin milli koalisiyası isə 1300 nəfərin öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR