Azərbaycanın bir neçə rayonunda qazın verilişi məhdudlaşdırılacaq

Azərbaycanın bir neçə rayonunda qazın verilişi məhdudlaşdırılacaq
# 15 may 2014 08:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Ağcabədi rayonunun bir hissəsinə, saat 15:00-dək Bakının Qaradağ rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Füzuli rayonunun bir hissəsinə, həmçinin qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi və sərfölçən cihazların metroloji göstəricilərinin təftiş olunması ilə əlaqədar saat 11:00-dan 15:00-dək Sabunçu rayonunun bir hissəsinə, “Pirallahı-Qala” qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar isə saat 16:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR