Novruz Məmmədov Leyla Yunus və həyat yoldaşının saxlanmasında adının hallanmasına münasibət bildirib - VİDEO

Novruz Məmmədov Leyla Yunus və həyat yoldaşının saxlanmasında adının hallanmasına münasibət bildirib - <span style="color: red;">VİDEO
# 29 aprel 2014 07:25 (UTC +04:00)

APA-nın məlumatına görə, N. Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu, xəbəri yazan agentliyin təxribatıdır.

Şöbə müdiri qeyd edib ki, onun tərəfindən belə bir göstəriş, təsir olmayıb və yayılan xəbərlərin əsası yoxdur: “Səhv etmirəmsə bunu “Turan” agentliyi yaymışdı. Bu xəbər məni çox təəccübləndirdi. Guya onlar təyyarə ilə xaricə gedən zaman mən kiməsə demişəm ki, onları təyyarəyə buraxıb sonra isə saxlasınlar. Bu tamamilə yalandır, bu xəbəri yayan agentlik birbaşa təxribatla məşğuldur. Bu, bilərəkdən ictimaiyyəti çaşdırmaqdır”.

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR