Bolqarıstan parlamentinin üzvləri tətil ediblər

 Bolqarıstan parlamentinin üzvləri tətil ediblər
# 24 iyul 2013 10:21 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bolqarıstan parlamentinin üzvləri tətil ediblər.

APA-nın Bolqarıstanın “Novini” agentliyinə istinadən yaydığı xəbərə görə, tətil ölkədə keçirilən etiraz aksiyalarına dəstək xarakteri daşıyır.

Parlamentin sədri Mixail Mikov deputatları işə çıxmamağa çağırıb. Parlament üzvləri vəziyyət sabitləşəndən sonra işə çıxacaqlarını bəyan ediblər.

Xatırladaq ki, iyulun 23-dən 24-nə keçən gecə Bolqarıstanın paytaxtı Sofiyada baş vermiş toqquşmalarda 7 aksiya iştirakçısı və 2 polis əməkdaşı xəsarət alıb.

Ölkədə etirazlar 40 gün əvvəl, media maqnatı Delyan Peyevski Milli Təhlükəsizlik Xidmətinə rəhbər təyin olunduqdan sonra başlayıb. Sonradan Peyevski istefa verməyə hazır olduğunu bəyan edib, lakin etirazçılar bütün kabinetin istefasını tələb edərək etiraz aksiyalarını davam etdirib.

Enerji daşıyıcılara qiymətlərin artması ilə bağlı vüsət almış etirazlar fonunda keçmiş baş nazir Boyko Borisov fevralın 20-də hökumətin istefaya göndərildiyini elan edib. Bundan sonra mayın 12-də ölkədə vaxtından əvvəl parlament seçkiləri keçirilib. Plamen Oreşarski yeni hökumətin başçısı təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR