Azərbaycanın “Buqələmun” filmi Rusiyada keçirilən “Kinoşok” açıq kino festivalında iştirak edəcək

Azərbaycanın “Buqələmun” filmi Rusiyada keçirilən “Kinoşok” açıq kino festivalında iştirak edəcək
# 10 sentyabr 2013 09:12 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanlı rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” filmi Rusiyanın Anapa şəhərində keçirilən “Kinoşok” XXII açıq kino festivalında iştirak edəcək.

Elvin Adıgözəlin APA-ya verdiyi məlumata görə, festival sentyabrın 15-dən 21-dək MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın iştirakı ilə keçiriləcək. Rejissor bildirib ki, “Buqələmun” tammetrajlı bədii filmi festivalın müsabiqə proqramına daxil edilib.

“Adari Films” prodakşn şirkətinin məhsulu olan filmin prodüseri İradə Bağırzadədir. Filmin “Arizona Productions” (Fransa) və “Vita aktiva” (Rusiya) şirkətləri ilə post-prodakşn işləri görülüb.

Sosial-psixoloji film olan “Buqələmun” doğma rayonuna qayıdıb ata evini satmaq istəyən gəncin həyatı haqqındadır. Filmdə baş rolları Fərid Bəhramov və Emin Seyfulla oynayır. “Kinoşok” XXII açıq kino festivalının münsiflər heyətinin qərarı sentyabrın 21-də açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR