BMT baş katibi Təhlükəsizlik Şurasının üzvlərini Suriyada kimyəvi silah tətbiqinə dair təhqiqatın gedişi ilə tanış edib

BMT baş katibi Təhlükəsizlik Şurasının üzvlərini Suriyada kimyəvi silah tətbiqinə dair təhqiqatın gedişi ilə tanış edib
# 04 sentyabr 2013 08:31 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Sentyabrın 3-də Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olan 10 dövlətin rəsmi nümayəndələri ilə görüş keçirib. APA-nın xəbərinə görə, baş katib onları Suriyada kimyəvi silah tətbiqi iddiaları ilə bağlı müfəttişlərin apardığı təhqiqatın gedişi ilə tanış edib.

P. G. Mun bu məsələni TŞ-nin daimi üzvü olan 5 dövlətin təmsilçiləri ilə də müzakirə etdiyini söyləyib. O bildirib ki, müfəttişlər operativ və demək olar ki, fasiləsiz çalışırlar. Bütün bio-tibbi nümunələr və ətraf mühitdən götürülən nümunələr bir gün sonra laboratoriyalara çatdırılacaq: “Missiya Suriyada baş vermiş insidentlə bağlı bir nəticəyə gəldikdən sonra mən dərhal bu barədə Təhlükəsizlik Şurasına və üzv dövlətlərə məlumat verəcəyəm”.

Baş katib bəyan edib ki, kimyəvi silahın kim tərəfindən tətbiq edilməsindən asılı olmayaraq, belə bir fakt varsa, bu, beynəlxalq hüququn ciddi şəkildə pozulması və ağır hərbi cinayətdir: “Kimyəvi silahı tətbiq edənlər məsuliyyətə cəlb olunmalıdır”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR