“Raiffeisen” bankı Krımdakı bütün filiallarını bağlayır

“Raiffeisen” bankı Krımdakı bütün filiallarını bağlayır
# 06 aprel 2014 01:52 (UTC +04:00)

Bakı-APA. Avstriyanın Raiffeisen (Rayffayzen) bankı aprelin ortalarınadək Krımdakı bütün filiallarını bağlayacaq. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq açıqlama ilə Ukraynadakı “Rayffayzen Bank Aval”ın nümayəndəsi çııxış edib. Qeyd edək ki, “Rayffayzen Bank Aval”ın 96,41 faiz səhmləri Avstriyanın “Raiffeisen Bank International”a məxsusdur.

Onun sözlərinə görə, Krımda ümumilikdə fəaliyyət göstərmiş 32 filialdan son 6-sı aprelin 15-dək bağlanacaq.

“Rayffayzen Bank Aval”ın nümayəndələri bildiriblər ki, bank geosiyasi və hüquqi səbəblərdən Krımda fəaliyyətini davam etdirə bilməyəcək.

Bundan əvvəl McDonald's şirkəti Krımdakı bütün filiallarının bağlandığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR