WTI markalı neft yenidən ucuzlaşıb

WTI markalı neft yenidən ucuzlaşıb
# 16 dekabr 2013 06:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,90 dollar və ya 0,9% azalaraq 1 barelə görə 96,60 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 13-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,16 dollar və ya 0,2% artaraq 108,83 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR