AMEA prezidenti prioritetlərini açıqlayıb

AMEA prezidenti prioritetlərini açıqlayıb
# 11 may 2014 17:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA ilə bağlı əsas prioritetlərini bildirib.

A Əlizadə APA-ya açıqlamasında deyib ki, AMEA-da ilk növbədə tətbiqi problemlərin həllinə çalışır.

AMEA prezidenti alimlərin sosial problemlərin həllinin də diqqət mərkəzində olduğunu söyləyib. O bildirib ki, alimlərin mənzil problemlərini həll etmək niyyətindədirlər: “Hazırda AMEA-nın yataqxanasının yerində yaşayış binası tikilir və həmin yaşayış binasındakı iki blok AMEA-ya məxsusdur. Alimlərin mənzil problemlərinin həlli istiqamətində addımlarımız davam edəcək. Eyni zamanda alimlərin özlərinin yaxşı vəsait qazanmasına nail olmaqla maaş məsələsini həll edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR