ETSN 67600 manat məbləğində cərimə tətbiq edib

ETSN 67600 manat məbləğində cərimə tətbiq edib
# 20 noyabr 2013 13:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 noyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 184 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 27 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 29 iş üzrə 67600 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 29 iş üzrə 222727.6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 142 iş üzrə 15940.17 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 10, məhkəmələrə isə 3 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR