MSK seçkilərdə qanuna zidd əməllərin əksini tapdığı iddia olunan video-görüntülərə münasibət bildirib  

MSK seçkilərdə qanuna zidd əməllərin əksini tapdığı iddia olunan video-görüntülərə münasibət bildirib  
# 14 oktyabr 2013 11:42 (UTC +04:00)

Bunu APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, istənilən seçki subyektində hansısa neqativ hadisə ilə bağlı fakt varsa, həmin faktı MSK-ya təqdim edilə bilər: “Bununla bağlı araşdırma aparılaraq, müvafiq qərar qəbul oluna bilər. Amma virtual məkanda axtarıb nələrisə tapmaq, buna istinad edib, müzakirə və araşdırma aparmaq düzgün deyil”.

M. Rəhimov MSK-nın səsvermə günü qanunvericiliyin pozulmasına dair məlumatların araşdırılması haqda da danışıb: “Bildiyimə görə, bunlar məntəqə səviyyəsində baş verən nöqsanlar olub. O səviyyədə də müvafiq seçki komissiyası qərarı qəbul edib, Dairə Seçki komissiyasına təqdim edir. Kimsə qəbul olunan həmin qərarlar haqda məlumat almaq istəyirsə, müvafiq dairə seçki komissiyasına müraciət edə bilər. Amma bu o qədər xırda miqyasda baş verib ki, MSK-nın buna münasibət bildirməsinə ehtiyac yoxdur. Yəni seçkinin gedişinə, onun nəticələrinə, hətta məntəqə səviyyəsində təsir edə bilməyən hadisələr olduğuna görə, bunları ictimailəşdirməyə ehtiyac belə duyulmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR