“Azərbaycan Beynəlxalq Bankı” yeniyetmələr üçün futbol turnirini keçirəcək

“Azərbaycan Beynəlxalq Bankı” yeniyetmələr üçün futbol turnirini keçirəcək
# 04 iyun 2014 11:29 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azərbaycan Beynəlxalq Bankı” iyun ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Futbol Federasiyalarının təşkilati dəstəyi ilə U-14 yaş kateqoriyasında “IBA Cup 2014” üçüncü beynəlxalq futbol turnirini keçirəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yarışmada Almaniyanın “Eintracht”, İspaniyanın “Villareal”, Serbiyanın “Partizan”, İsveçin “Djurgardens IF”, Türkiyənin “Beşiktaş”, Rusiyanın “Rubin” və Ukraynanın “Karpaty” futbol klubları iştirak edəcək.

Azərbaycanı “İnter” peşəkar futbol klubunun uşaq komandası təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR