Azərbaycan EBRD-nin illik toplantısında iştirak edir

Azərbaycan EBRD-nin illik toplantısında iştirak edir
# 10 may 2013 13:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün İstanbulda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik toplantısı işə başlayıb.

«APA-Economics»in məlumatına görə, toplantıda əsas müzakirə olunan mövzular sırasında EBRD-yə üzv olan ölkələrin iqtisadiyyatlarının diversifikasiyası və modernləşməsi, qeyri-neft və qaz sektorlarının inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, texnoloji və innovativ inkişaf, maliyyə bazarlarının gücləndirilməsini qeyd etmək olar.

İki gün davam edəcək toplantıda EBRD-dən başqa, digər beynəlxalq maliyyə qurumları, iri korporativ maliyyə təşkilatlarının yüksək rütbəli nümayəndələri də çıxış edəcəklər.

Tədbirdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyi beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev təmsil edir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorun inkişaf etdirilməsinə yetirir. Bankla Azərbaycan arasında əməkdaşlıq dövrü ərzində tərəflər arasında 9 layihənin icrası üçün 1 229,45 mln. ABŞ dolları məbləğində 9 kredit sazişi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR