Rusiya Avstraliyanın sanksiyalarına simmetrik cavab verəcək

Rusiya Avstraliyanın sanksiyalarına simmetrik cavab verəcək
# 20 iyun 2014 09:27 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Rusiya Avstraliyanın sanksiyalarına simmetrik cavab verəcək.

APA-nın “Russia Today”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bəyan edib.

O bildirib ki, Avstraliyanın Rusiya şirkətlərinə və bəzi vətəndaşlarına qarşı tətbiq sanksiyalar cavabsız qalmayacaq.

“Belə məsələlərdə qarşılıqlı prinsiplər işə düşür”, - deyə o vurğulayıb.

D.Peskov sanksiyaların Rusiyanın G 20-dəki fəaliyyətinə təsir etməyəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR