«Dəmirbank» yeni əmanət növünü təqdim edib

«Dəmirbank» yeni əmanət növünü təqdim edib
# 17 fevral 2014 08:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC yeni «Yığım» əmanətini müştərilərə təqdim edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək «Dəmirbank»ın filiallarında əmanət hesabı aça bilər.

Maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dollarında yerləşdirmək mümkündür. Əmanət məbləğinə illik 5% hesablanır.

«Yığım» əmanətini istənilən zaman artırmaq, cəriməsiz tam və ya qismən çıxarmaq, üçüncü şəxsin adına açmaq və s. mümkündür.

Əmanət məbləği 10 min manat (dollar) həddini keçməməlidir, keçdikdə müştərinin istəyi əsasında yığılmış məbləğ «Dəmirbank»ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR