Dow Jones indeksi 0,3% enib, S&P 500 0,1%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,1%, Nasdaq 0,4% yüksəlib
# 23 yanvar 2014 06:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 16 373 bəndədək enib, S&P 500 0,1% - 1 845 bəndədək, Nasdaq 0,4% - 4 243 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında yanvarın 22-də FTSE 100 indeksi 0,1% - 6 826 bəndədək, Almaniya DAX-ı 0,1% - 9 720 bəndədək enib, Fransa CAC-40-ı isə 0,03% - 4 325 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 235,20 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3546 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR