Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin 48%-i ABŞ dollarının payına düşür

Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin 48%-i ABŞ dollarının payına düşür
# 04 noyabr 2013 14:32 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, Fondun 2013-cü ilin yanvar-sentyabr aylarında investisiya fəaliyyətinin yekunlarına görə, ümumi həcmi 35 543,3 mln. dollar olan investisiya portfelinin 17 052,3 mln. dolları və ya 48%-i məhz ABŞ valyutasında yerləşdirilib.

Bundan başqa, investisiya portfelinin tərkibində 40,1% avro, 5,2% funt sterlinq, 1,8% Rusiya rublu, 1,2% Turkiyə lirəsi və 0,5% Avstraliya dollarının payına düşür. Əlavə olaraq investisiya portfelində 1 140,2 mln. dollar dəyərində və ya ümumi həcminin 3,2%-ni təşkil edən 850 146 troya unsiyası (26,44 ton) həcmində qızıl var. Qeyd edək ki, Fondun həmçinin 265,9 mln. dollar həcmində vəsaiti Azərbaycan manatında saxlanılır ki, bu həcm investisiya portfeli ilə birlikdə ARDNF-in 35 809,2 mlrd. dollarlıq aktivlərini formalaşdırır.

Qeyd edək ki, alətlərin bölgüsünə əsasən, Fondun investisiya portfelində əsas yeri istiqrazlar tutur. Belə ki, istiqrazların payına 85,4% düşür. Bundan başqa, 6,0% depozitlər və pul bazarları alətləri, 3,6% səhmlər, 3,2% qızıl, 1,8% isə daşınmaz əmlakın payına düşür. Maraqlıdır ki, investisiya portfelinin 51,8%-i 1 ilə qədər, 36,0%-i 1 ildən 3 ilə qədər tədavül müddəti olan alətlərdə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR