Gürcüstan prezidenti Mixeil Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib

Gürcüstan prezidenti Mixeil Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib
# 10 oktyabr 2013 12:26 (UTC +04:00)

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mixeil Saakaşvili prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibətilə dövlət başçısını təbrik edib, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan prezidentinə minnətdarlığını bildirib.

Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixeil Saakaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR