Gəncədə məcburi köçkün spirtli içkinin təsirindən ölüb

Gəncədə məcburi köçkün spirtli içkinin təsirindən ölüb
# 30 oktyabr 2013 08:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə ölüm hadisəsi baş verib.

Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşan, Kəlbəcərdən olan məcburi köçkün, 40 yaşlı Şahin Tağıyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Prokurorluqdan bildirilib ki, Ş.Tağıyev həddindən artıq alkoqol qəbul etdikdən sonra səhhəti pisləşib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Ş. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. Yekun rəy məhkəmə tibb ekspertizasından sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR