Azərbaycanda bank əmanətləri 37% artıb

Azərbaycanda bank əmanətləri 37% artıb
# 02 oktyabr 2013 10:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında fiziki şəxslərin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2013-cü il sentyabrın 1-nə 6 090,4 mln. manat təşkil edib.

«APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə əsasən, illik müqayisədə əmanətlərin həcmi 1 627,8 mln. manat və ya 36,5% artıb.

Eyni zamanda, bu ilin yanvar-avqust ayları ərzində əmanətlərin həcmi 977,0 mln. manat və ya 19,1%, təkcə avqust ayında isə 71,1 mln. manat və ya 1,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR