«Bank Standard» əmanətçilər üçün yeni aksiya keçirir

«Bank Standard» əmanətçilər üçün yeni aksiya keçirir
# 21 noyabr 2013 13:53 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Bank Standard» QSC Yeni İl bayramı öncəsi bankdakı hər depozit hesabına görə illik 13,5% və 3 aylıq gəlirin dərhal ödənişi kampaniyasına başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, 12 ay və daha çox müddətə «Standart» əmanəti açan müştərilər əlavə 1% gəlir əldə edəcəklər. Bundan başqa, «Qarant», «Premier», «Təqaüdçü» və ya «Standart» əmanəti açanlar 3 aylıq faiz gəliri dərhal qeydiyyat günü almaq imkanı qazanacaqlar.

Qeyd edək ki, aksiya yanvarın 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR