Azərbaycanda hərbi parada hazırlıq çərçivəsində hərbi aviasiyanın təlim uçuşları davam edir - FOTOSESSİYA - VİDEO

Azərbaycanda hərbi parada hazırlıq çərçivəsində hərbi aviasiyanın təlim uçuşları davam edir - <span style="color: red;">FOTOSESSİYA   - <span style="color: red;">VİDEO
# 13 iyun 2013 15:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İyunun 26-da Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıq çərçivəsində bu gün hərbi aviasiyanın təlim uçuşları olub.

Uçuş məşqlərində iştirak edən APA-nın əməkdaşının məlumatına görə, təlimlərdə Hərbi Hava Qüvvələrinin MiG-29, Su-25, L-39 təyyarələri, Mi-17, Mi-24G, Ka-32, Dövlət Sərhəd Xidmətinin Mi-35M, Fövqəladə Hallar Nazirliyinin Mi-8 və Ka-32 tipli helikopterləri iştirak edib.

Aviasiya bölmələri təyyarələr və ardınca helikopterlər olmaqla, «Azadlıq» meydanı istiqamətində Bakı buxtası üzərində uçuş ediblər.

APA-nın əməkdaşı da helikopterdə uçuşları canlı müşahidə edib və lentə alıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR