İranda qəzaya düşən azərbaycanlı zəvvarlar Kərbəla ziyarətinə gedirmişlər

İranda qəzaya düşən azərbaycanlı zəvvarlar Kərbəla ziyarətinə gedirmişlər
# 14 aprel 2014 07:06 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan açıqlama verib.

Onun sözlərinə görə, avtobusda 42 sərnişin olub: “Onlar dərhal avtobusdan çıxarılıblar. Yüngül xəsarət alan 37 nəfər yerindəcə ambulator müayinə olunub. Vəziyyəti ağır olan 4 nəfər xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə aprelin 13-də Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də baş verib. Qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 3 azərbaycanlı zəvvarın ağır bədən xəsarəti aldığı, onların təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırıldığı və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Onların hələlik ad və soyadları açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR