“PAŞA Sığorta” kapitalını 50 mln. manata çatdırıb

“PAŞA Sığorta” kapitalını 50 mln. manata çatdırıb
# 09 aprel 2014 11:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi “PAŞA Sığorta” ASC-nin nizamnamə kapitalının yeni həcmini 50 mln. manat olaraq qeydiyyata alıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması şirkətin 2013-cü ildəki fəaliyyətinin nəticələrinin təhlili əsasında və 3 illik strateji inkişaf planı çərçivəsində səhmdarlar tərəfindən həyata keçirilib.

Şirkətin sığorta portfeli bütün əsas sığorta növlərini əhatə edir. 2014-cü il fevral ayında “PAŞA Sığorta” Maliyyə Nazirliyi tərəfindən təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müddətsiz lisenziya əldə edib.

Kapitallaşmanın hazırkı artımı maddi-texniki bazanın gələcək inkişafı və risklərin saxlanılması üzrə gücün artırılmasına imkan yaradır.

2013-cü ilin nəticələrinə əsasən, şirkət sığorta haqlarının yığımları, kapitallaşma və biznes rentabelliyinə əsasən ölkənin sığorta bazarında əsas sığorta şirkətləri arasında liderdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR