Şəmkirdə ər arvadını bıçaqlayıb

Şəmkirdə ər arvadını bıçaqlayıb
# 30 noyabr 2013 07:44 (UTC +04:00)

Şəmkir Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə rayonun Seyfəli kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Fərhad Əliyev ailə münaqişəsi zəmində, həyat yoldaşı 1979-cu il təvəllüdlü Aynurə Əliyevanı bıçaqlayıb. A. Əliyeva ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər. Məlumata görə, ailənin iki azyaşlı uşağı var.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR