Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 may 2014 12:10 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Dövlət Gömrük Komitətisinin sədri Aydın Əliyev Xaçmaz rayonunda şimal bölgəsində olan vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonundan olan sakinlərin müraciətlərinə baxılıb.

Müraciətlərin əksəriyyəti gömrük keçid məntəqələrindən bəzi malların idxal və ixracı, sənədləşmə qaydaları, həmçinin işə qəbulla bağlı olub. Bəzi məsələlər yerindəcə həll olunub, komitənin strukturuna aid olmayan bir neçə məsələ isə qeydiyyata alınaraq aidiyyatı orqanlara çatdırılması üçün nəzarətə götürülüb. Komitə sədri ümumilikdə 12 vətəndaşı qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR