“Unibank” Salyanda filial açıb - FOTO

“Unibank” Salyanda filial açıb - <span style="color: red;">FOTO
# 11 aprel 2014 10:15 (UTC +04:00)

Bakı. APA-Economics. “Unibank”-ın daha bir filialı Salyanda açılıb.

Bankdan “APA-Economic”ə verilən məlumata görə, filial şəhərin mərkəzində, avtovağzala yaxın, Y. Qasımov 2 ünvanında yerləşir.

Filial pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə bankın filial şəbəkəsi 36-ya çatdı.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR