Oğuzda “Opel” ağaca çırpılıb: sürücü xəsarət alıb

Oğuzda “Opel” ağaca çırpılıb: sürücü xəsarət alıb
# 20 oktyabr 2013 02:13 (UTC +04:00)

Bakı-APA. Oğuz rayonunda yol nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb. APA_nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Bayan kəndində “Opel” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 00:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR