Təhsil naziri şimal-qərb bölgəsində yaşayan vətəndaşlarla görüşəcək

Təhsil naziri şimal-qərb bölgəsində yaşayan vətəndaşlarla görüşəcək
# 22 avqust 2013 09:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Təhsil naziri Mikayıl Cabbarov Şəki şəhərində vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul avqustun 27-si, saat 11:00-da Şəki şəhərindəki Olimpiya İdman Kompleksində baş tutacaq. Qəbulda Şəki ilə yanaşı, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR