Kəmaləddin Heydərov Zaqatalada zəlzələ nəticəsində yararsız vəziyyətə düşən iki məktəbin yenidən inşa olunmuş binasının açılışında iştirak edib - FOTO

Kəmaləddin Heydərov Zaqatalada zəlzələ nəticəsində yararsız vəziyyətə düşən iki məktəbin yenidən inşa olunmuş binasının açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 13 sentyabr 2013 09:59 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, 600 şagird yerlik bina müasir avadanlıqlarla təchiz edilib.

Daha sonra nazir Kəmaləddin Heydərov Çobankol kəndində zəlzələ zamanı yararsız hala düşən kənd orta məktəbinin yenidən tikilmiş 240 şagird yerlik binasının açılış mərasiminə qatılıb.

Nazir hər iki məktəb binasına baxış keçirib və kollektivləri təbrik edib.

Qeyd edək ki, K. Heydərov bu gün Qax rayonunun Güllük kəndində zəlzələ nəticəsində yararsız vəziyyətə düşən orta məktəbin yenidən inşa olunmuş binasının açılışında da iştirak edib.

K. Heydərov bu gün Zaqatalada vətəndaşların qəbulunu da keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR