“Bank of Baku” Gəncədə növbəti filialını açıb

“Bank of Baku” Gəncədə növbəti filialını açıb
# 14 aprel 2014 15:08 (UTC +04:00)

Bakı. APA-Economics. “Bank of Baku”-nun Gəncə şəhərində daha bir filialını müştərilərin xidmətinə verilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ”Yeni Gəncə” adlı filial bankın Gəncədə sayca artıq ikinci filialıdır.

Filial N.Nərimanov prospekti, 42C ünvanında yerləşir.

Filialda istehlak və biznes kreditləri rəsmiləşdirmək ,əmanət yerləşdirmək, pul köçürmək, kredit kartları əldə etmək və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar.

Filialın açılışı münasibətilə bankın baş direktoru Fərid Əlizadə bildirib ki, yeni filial üçün peşəkarlardan ibarət komanda yaradılıb: “Birinci filialımız Gəncədə fəaliyyət göstərdiyi illər ərzində biz böyük müştəri bazası əldə edərək yerli bank bazarının mühüm bir hissəsini qazanmışıq. Yeni filialımız xidmət keyfiyyətinin təkmilləşdirilməsinə və ümumilikdə biznesin inkişafına yönəlib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR