Analarının iradəsinə zidd olaraq ataları ilə Azərbaycanda yaşayan iki həddi-buluğa çatmamış qız Rusiyaya qaytarılıb

Analarının iradəsinə zidd olaraq ataları ilə Azərbaycanda yaşayan iki həddi-buluğa çatmamış qız Rusiyaya qaytarılıb
# 17 dekabr 2013 13:34 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, 2013-cü ilin iyununda rusiyalı Marina B. müvəkkilin aparatına müraciət edərək, onun razılığı olmadan Azərbaycanda yaşayan iki həddi-buluğa çatmamış qızının qaytarılması üçün kömək istəyib.

Pavel Astaxovun Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinə müraciətindən sonra məsələ həllini tapıb, qızların Rusiyaya göndərilmələri üçün zəruri sənədlər tərtib edilib. Onlar artıq Moskvadadırlar və Rusiyada yaşamaq üçün analarına təhvil veriliblər.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında 1992-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında” saziş məhkəmə qərarlarının icrası və tanınma üsulunu nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR