Qubada güclü sel fəsadlar yaradıb - VİDEO

Qubada güclü sel fəsadlar yaradıb - <span style="color: red;">VİDEO
# 29 may 2014 18:24 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Quba rayonunda yağan yağış bir sıra fəsadlar yaradıb. Ağçaya gələn güclü sel nəticəsində Tülər kəndinə gedən körpü uçub. Kəndlə əlaqə kəsilib. Çayın sağ sahilində 50-dək vətəndaş evlərinə gedə bilmir. Kəndin icra nümayəndəsi Oqtay İsayev APA-ya bildirib ki, bir neçə evə də ziyan dəyib. Kənd sakinlərinə məxsus bir neçə baş iribuynuzlu heyvanı da sel aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR