İran XİN rəhbəri: “Gizli nüvə silahının olması İran xalqı üçün vaxt, pul və enerji itkisi deməkdir”

İran XİN rəhbəri: “Gizli nüvə silahının olması İran xalqı üçün vaxt, pul və enerji itkisi deməkdir”
# 16 yanvar 2014 22:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin nüvə obyektlərinə gündəlik baxış keçirməsindən narahat olmayacaq”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “Russia Today”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ İrana qarşı sanksiyalar tətbiq etməsinin bu ölkənin nüvə məsələsinin həlli üçün heç bir müsbət nəticəsi olmayacaq: “Əgər ABŞ prezidenti Barak Obamanın mövqeyinə baxmayaraq, bəzi qanunvericilər İrana qarşı yeni sanksiyaların tətbiqinə nail olsalar, bu sanksiyaların nəticələrindən sonra baş verəcəklər dostcasına olmayacaq. Onlar bu cür siyasətlə İranın blef etdiyini bildirirlər. ABŞ-da İrana qarşı daha çox sanksiyalar tətbiq etmək istəyində olan şəxslər bu cür siyasətin izlənilməsinin necə pis nəticələrə gətirib çıxaracağını görmədilər. Mən İranın blef edib-etmədiyi haqda bir uşaq arqumenti ilə çıxış etmirəm. Onlar bizi sınaqdan keçirdikdən sonra qərar verə bilərlər”.

M.C.Zərif deyib ki, əvvəlki sanksiyalar İranın 19 min sentrifuqa istehsal etməsinə gətirib çıxardı: “İrana qarşı əlavə sanksiyaların tətbiqinə razı olan şəxslərin, məsələn Bob Menendezin özündən bu sualı soruşması lazımdır – “Mən sanksiyaların nəticələrindən məmnun qala və onunla fəxr edə bilərəm?” İrana qarşı sanksiyaların heç bir təsiri yoxdur. Əgər onlar sanksiyaların çox mühüm olduğuna inanırlarsa, onda onu sınaqdan keçirmək haqda qərar verə və nəticələrini görə bilərlər. Mən yeni sanksiyaların nəticələrinin əvvəlki sanksiyaların nəticələrindən fərqlənəcəyini düşünmürəm. Gizli nüvə silahının olması İran xalqı üçün hər hansı vaxt, pul və enerjinin hədər yerə getməsi deməkdir. Bu faktdır ki, İran daha çox şəffaflıq üçün özünün nüvə obyektlərinin qapılarını hər cür yoxlamaya və səfərə açdı. Biz nüvə obyektlərimizin beynəlxalq müfəttişlər tərəfindən daha çox yoxlanılacağından heç cür narahat deyilik. Çünki gündəlik yoxlamalar həyata keçirilir”.

İran xarici işlər naziri həmçinin Səudiyyə Ərəbistanına səfər etməyə hazır olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR