Göyçayda mağazadan soyğunçuluq edilib

Göyçayda mağazadan soyğunçuluq edilib
# 03 iyun 2014 10:09 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda gündüz saatlarında qeyri-adi oğurluq hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə “Göyçay-Bazar” ASC-nin ərazisində fəaliyyət göstərən qızıl əşyalarının satışı mağazasında qeydə alınıb.

Mağazanın sahibi Kəmalə Əsədova Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, iş vaxtı 15 yaşlı oğluna mağazaya nəzarət etməyi tapşırıb və şəxsi işi ilə bağlı bir saat ərzində başqa yerə gedərək qayıdıb. Onun sözlərinə görə, mağazaya qayıtdıqda uşağın naməlum şəxs tərəfindən aldadılaraq oradakı qızıl-zinət əşyalarının oğurlanmasının şahidi olub. Uşağın sözlərinə görə oğrular iki nəfər olub və onlardan biri qızıl əşyalara baxmaq adı ilə içəri daxil olub və uzun müddət qızıllara baxaraq seçim edib və onlardan birini bəyənərək onun üstünə ad yazmağı xahiş edib. Satıcı piştaxtanın arxasında qızıl əşyanın üstünə ad yazan zaman iki nəfərdən biri onun başının qarışıq olmasından istifadə edərək qızıl əşyaları oğurlayıb. Oğrular sahibkarın 6100 manatlıq əşyalarını talan ediblər. Hazırda mağazanı qarət edən şəxslərin kimliyi məlum deyil və onların tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR