Qax rayonunun daha bir kəndi qazlaşdırılıb - VİDEO

Qax rayonunun daha bir kəndi qazlaşdırılıb - <span style="color: red;">VİDEO
# 26 noyabr 2013 18:27 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qax rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Qax rayonunun Cəlayir kəndinə keçən ilin ikinci rübündən başlanan yeni qaz xətti çəkilişi başa çatıb. Bu münasibətlə təşkil edilən açılış mərasimində kənd sakinləri ilə bərabər, Qax Rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri iştirak edib.

Mərasimdə bildirilib ki, əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastrukturun qurulması, bu sahədə xidmət səviyyəsinin daha da yaxşılaşdırılması zərurətini yaradıb. Qeyd olunub ki, rayonun 59 yaşayış məntəqəsindən 12-i artıq qazlaşdırılıb. Bu isə abonentlərin 54 faizini təşkil edir. Bildirilib ki, kənd sakinlərinin mavi yanacaqla təminatı üçün ümumi uzunluğu 20.000 paqonometr polad boru ilə orta təzyiqli qaz xətti çəkilib. Artıq küçələrarası xəttlər tamamlanıb. Küçələrin yeraltı keçid hissələri izolyasiya edilib və borular rənglənib.

Hazırda Cəlayir kəndində 305 abonentlə müqavilələr bağlanaraq sayğacla təmin edilib.

Çıxışlardan sonra kəndə təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb. Təbii qazın evdə yandırılmasına baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR