“Azərmarka” yeni poçt markaları buraxıb

“Azərmarka” yeni poçt markaları buraxıb
# 21 yanvar 2014 11:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti “2014 - At ili”nə həsr edilmiş marka seriyasını təqdim edib.

APA-Economics”in RİTN mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, seriyaya 4 poçt markası daxildir. Üzərində at şəklinin təsvir olunduğu markaların hər birinin dəyəri 20 qəpik təşkil edir.

Bununla yanaşı, “XXII Qış Olimpiya Oyunları - Soçi 2014” marka seriyası da çap edilib. Marka seriyasında yer alan dağ-xizək, şaybalı xokkey, konkisürmə və fiqurlu konkisürmə idman növlərinə dair markaların nominal dəyəri müvafiq olaraq 20, 30, 50 və 60 qəpiyə bərabərdir.

Eyni zamanda 2013-cü ildə keçirilən şahmat üzrə Avropa komanda çempionatında Azərbaycan milli komandasının qələbəsinə həsr edilmiş “Azərbaycan - Şahmat üzrə Avropa çempionu 2013” markası buraxılıb. Markanın nominal dəyəri 1 manat məbləğində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR