Vitali Kliçkoya prezidentliyə namizəd olmaması üçün 1 milyard dollar təklif edilib

Vitali Kliçkoya prezidentliyə namizəd olmaması üçün 1 milyard dollar təklif edilib
# 21 yanvar 2014 10:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Ukrainskaya pravda” qəzeti məlumat yayıb. V. Kliçko başqa əməkdaşlıq təkliflərindən də imtina edib.

“Ukrainskaya pravda” yazır ki, V. Kliçkoya prezidentliyə namizədliyi qeydə alınmazsa özünü loyal aparmasının müqabilində 1 milyard dollar təklif olunub. Siyasətçi bundan imtina etdikdən sonra ona prezident seçiləcəyi təqdirdə 2004-cü ilə qədər qüvvədə olmuş və baş nazirə geniş səlahiyyətlər verən Konstitusiyanı geri qaytaracağı və Viktor Yanukoviçi baş nazir təyin edəcəyi haqda vəd verməsi təklif olunub. Kliçko bundan da imtina edib.

Qeyd edək ki, sosioloji rəy sorğularına əsasən V. Kliçko Ukraynada ən nüfuzlu müxalifət lideridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR