Azərbaycanda «Renault» avtomobilinin daha bir yeni modelinin satışına başlanılıb

Azərbaycanda «Renault» avtomobilinin daha bir yeni modelinin satışına başlanılıb
# 07 iyun 2013 13:53 (UTC +04:00)


«Renault»un Azərbaycandakı mətbuat nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, yenilənmiş model 1,6 litr (114 at gücü) həcmli mühərrik və «CVT X-Tronic» transmissiyasına malikdir. «Renault Megan» Bakıya Bursa avtomobil zavodundan (Türkiyə) göndərilir ki, bu müəssisənin istehsalat gücü ildə 350 min avtomobil təşkil edir və onların 30 mini «Megane»ın payına düşür. Azərbaycanda yeni modelin «Expression» versiyası 18 900 manata, mühərriki 2 litr həcmində olan (142 at gücü) «Dynamique» komplektasiyası isə 20 900 manat qiyməti ilə təklif olunur.

Qeyd edək ki, bununla yanaşı ölkədə yeni «Renault Fluence» modelinin də satışına start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR