Göygöl rayon sakini naməlum şəraitdə bıçaqlanıb

Göygöl rayon sakini naməlum şəraitdə bıçaqlanıb
# 11 noyabr 2013 08:01 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə 38 yaşlı kişi bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Üçtərə kənd sakini Rizvan Cəbrayılov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Təcili əməliyyat edilən R. Cəbrayılovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Göygöl rayon Polis Şöbəsindən bildirilib ki, hazırda cinayəti törədən şəxsin kimliyi barədə məlumatlar torlanır. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR