Gəncə dəmir yolu stansiyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

Gəncə dəmir yolu stansiyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib - <span style="color: red;">FOTO
# 29 dekabr 2013 10:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA-Economics. Bu gün Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, tədbirdə nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov iştirak edib, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, Gəncə stansiyasının inzibati binasının əsaslı təmirini “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti həyata keçirib. 2013-cü ilin yanvar ayında start verilmiş əsaslı təmir prosesində stansiyanın inzibati binasının 2300 kv. m dam örtüyü müasir tələblərə uyğun yenidən qurulub, 2600 kv. m fasadı üzlük aqlay daşı ilə üzlənib. Bundan başqa, qapı və pəncərələri dəyişdirilib, döşəmə 1500 kv. m həcminə qranit daşla üzlənib. Təmir işləri çərçivəsində burada qazanxana inşa edilib, həmçinin bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemləri ilə təchiz olunub. Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə stansiyada VİP zalı, ana və uşaq otağı da yaradılıb. Eyni zamanda Yük daşımaları Departamentinin Qərb sahəsi üzrə bölməsinin inzibati binasının fasadı və dam örtüyü, Gəncə lokomotiv deposunun fasadı təmir olunub, piyada keçid körpüsü sağlamlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR