«Turanbank» istehlak kreditləşməsini azaldıb

«Turanbank» istehlak kreditləşməsini azaldıb
# 25 oktyabr 2013 13:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 242,418 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,2% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,9% artaraq 181,499 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 25,809 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 12,8% azdır. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 21,9% azalaraq 5,447 mln. manata, bunun məcmu kredit portfelində xüsusi çəkisi isə 1,5 faiz bəndi azalaraq 3,0%-ə düşüb.

Bankın depozit portfeli son bir ildə 4,4% azalaraq 87,878 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 73,277 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,2% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 63,9% artaraq 45,380 mln. manat, o cümlədən nizamnamə kapitalı 68,1% artaraq 40,002 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 25,4% artaraq 45 432, o cümlədən fiziki şəxslərin sayı 26,3% artaraq 44 707, hüquqi şəxslərin sayı 1,1% azalaraq 725 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 11 574-ə bərabər olub ki, bu da illik müqayisədə 5,5% çoxdur. O cümlədən, debet kartların sayı 3,2% artaraq 9 739-a, kredit kartların sayı 5,9% artaraq 1 835-ə çatıb.


Hazırda bankın ölkə üzrə 12 filialı, 21 bankomatı, 245 POS-terminalı fəaliyyət göstərir. Bankın 368 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR