Cənubi Qafqaz ölkələrinin nümayəndələri Tiflisdə ətraf mühitin mühafizəsinə dair tədbirlər planını müzakirə edib - FOTO

Cənubi Qafqaz ölkələrinin nümayəndələri Tiflisdə ətraf mühitin mühafizəsinə dair tədbirlər planını müzakirə edib - <span style="color: red;">FOTO
# 25 oktyabr 2013 23:51 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən QHT və dövlət qurumlarının görüşü keçirilib. Məqsəd Cənubi Qafqazda müvafiq şəraitə uyğun iqlimin inkişafının yumşaldılması ilə bağlı tədbirlər planını (NAMA) qəbul etmək olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Almaniyanın Gürcüstandakı səfiri Martin Homola, Gürcüstanın Ətraf Mühiti və təbii ehtiyatlar nazirinin müavini Şalva Amirecebi, Gürcüstan, Azərbaycan və Ermənistandan gələn təşkilatların nümayəndələri çıxış edib. Tədbirdə Azərbaycanı təmsil edən İqlim Dəyişmələri və Ozon Mərkəzinin nümayəndəsi Gülmalı Süleymanov da çıxış edib.

Azərbaycanda fəaliyyət göstərən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin iqtisadiyyat və statistika şöbəsinin məsləhətçisi Elxan Əhmədzadə APA-ya açıqlamasında inkişaf etmiş ölkələrin NAMA (tədbirlər planı) işçi qruplarının görüşə gəldiklərini bildirib: “Bu tədbir ətraf mühitə həsr edilib. Bu, ikinci görüşümüzdür. Adətən görüşlərimiz Tiflisdə keçirilir. Azərbaycan “Yol xəritəsi” layihəsi ilə görüşə qatılıb. Bu xəritə adlandırdığımız layihə hələ müzakirə mərhələsində olduğuna görə, dəqiq təkliflərimizi, yəni istiqamətlərimizi deyə bilmərik”.

Tədbirdə Azərbaycandan gələn 5 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. Görüşə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən 2 nəfər, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzindən 2 nəfər və bir QHT nümayəndəsi qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR