Azərbaycanda hərbçilər üçün günəş enerjisini elektrik enerjisinə çevirən avadanlıq istehsal ediləcək

Azərbaycanda hərbçilər üçün günəş enerjisini elektrik enerjisinə çevirən avadanlıq istehsal ediləcək
# 19 mart 2014 11:02 (UTC +04:00)

APA-nın məlumatına görə, Türkiyənin ASELSAN şirkətinin texnologiyası əsasında bu sistemin istehsalı Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən birində həyata keçiriləcək.

Hazırda sistemlə bağlı araşdırmalar aparılır və tələblər öyrənilir.

Kiçik, əsgərin çantasında daşına bilən bu sistem günəş enerjisini elektrik enerjisinə çevirən, açılıb-yığılan lent və elektrik doldurucu cihazdan ibarətdir.

Bu sistem vasitəsi ilə əl radiostansiyalarını, GPS cihazını və tabletləri elektrik enerjisi ilə təmin etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR