YAP qanvermə aksiyası keçirib - FOTO

YAP qanvermə aksiyası keçirib - <span style="color: red;">FOTO
# 08 noyabr 2013 13:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov başda olmaqla bir sıra partiya fəalları, gənclər bu gün Bakıda B.Ə. Eyvazov adına Elmi – Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda qanvermə aksiyası keçiriblər. APA-nın məlumatına görə, partiyanın gənclər təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada gənclərlə yanaşı YAP-ın rəhbərliyindən deputatlar Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edib.

Ə. Əhmədov aksiya ilə bağlı bildirib ki, bu, humanist xarakterli təşəbbüsdür: “YAP Gənclər Birliyi tərəfindən irəli sürülən bu təşəbbüsə partiyanın funksionerləri də qoşulmaq qərarına gəldi. Düşünürəm ki, bu aksiya YAP gənclərinin vətənpərvərliyindən, eləcə də Azərbaycanda həyata keçirilən bütün işlərdə maraqlı olduğundan və bu proseslərdə iştirak etmək istəyindən xəbər verir. Yəqin ki, burada verilən qanlar ehtiyacı olan insanların şəfa tapmasına müsbət təsirini göstərəcək. Fikrimcə, bu aksiyanın mənəvi tərəfi də var. Bu da ondan ibarətdir ki, YAP-ın gəncləri bununla hər kəsə bir nümunə göstərirlər”.

Aksiyada 200-ə qədər partiya üzvləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR