Azərbaycan ötən il elektron avadanlıqlarının istehsalını 28% artırıb

Azərbaycan ötən il elektron avadanlıqlarının istehsalını 28% artırıb
# 28 yanvar 2014 14:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Ötən il ərzində Azərbaycanda kompüter, elektron və elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 237,3 mln. manat olub. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illə müqayisədə kompüter və digər elektron avadanlıqlarının istehsalı 27,6% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 14,6% artıb.

Komitənin məlumatında qeyd edilib ki, il ərzində 173 ədəd güc transformatoru, 6,7 min ədəd məişət soyuducusu, 24,4 min ədəd televizor istehsal edilib, əvvəlki illə müqayisədə məişət soyuducuları və televizorların istehsalı müvafiq olaraq 29,0% və 1,7% artıb.

Bu ilin yanvarın 1-nə müəssisələrin anbarlarında 21,2 mln. manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 8,4%-i qədər hazır məhsul ehtiyatı qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR