Cəmil Həsənli: “Kim özünü doğrultmasa, Milli Şuradan uzaqlaşdırılacaq”

Cəmil Həsənli: “Kim özünü doğrultmasa, Milli Şuradan uzaqlaşdırılacaq”
# 21 oktyabr 2013 10:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə keçmiş namizədi Cəmil Həsənli Milli Şuranın fəaliyyətinə, qurumdakı istefalar münasibət bildirib.

APA-nın məlumatına görə, C. Həsənli keçirdiyi mətbuat konfransında qeyd edib ki, Milli Şura fəaliyyətini davam etdirməlidir: “ Azərbaycanda real müxalifət olmaq Milli Şuranın üzərindədir. Ona görə də, biz fəaliyyətimizi davam etdirəcəyik və seçkidəki mənəvi qələbəmizi siyasi qələbəyə çevirmək uğrunda mübarizə aparacağıq”.

C. Həsənli son günlər qurumda baş verən istefalara da münasibət bildirib. Onun sözlərinə görə, istefa verənləri saxlamaq niyyətində deyil: “Getmək istəyənləri biz saxlamayacağıq. Eyni zamanda kim özünü doğrultmasa, Milli Şuranın seçki prosesinə zərbə vurursa, həmin adamlar Milli Şuradan uzaqlaşdırılacaq. Biz həmin adamlarla bir yerdə otura bilmərik”.

O, Milli Şuranın növbəti sessiyasının oktyabrın 24-də keçiriləcəyini də deyib. Sessiyada Milli Şuranın bundan sonrakı fəaliyyəti, atacağı addımlar, qurumun gələcək perspektivləri barədə müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR