Lökbatanda mağazaya basqın olub

Lökbatanda mağazaya basqın olub
# 26 oktyabr 2013 09:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mağazaya basqın olub.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki mağazalardan birinə daxil olan Etibar Bayramov xuliqanlıq zəminində bıçaqla orada satıcı işləyən Famil Nuriyev və Gündüz Əlizadəyə hücum edib və mağazanın pəncərə şüşələrini sındırıb. E. Bayramov daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR