Lerikdə "Uaz" markalı avtomobil yanıb

Lerikdə "Uaz" markalı avtomobil yanıb
# 01 iyun 2014 03:42 (UTC +04:00)

Bakı-APA. Lerikdə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Mastail kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus "Uaz" markalı avtomobildə baş verib. Nəticədə, avtomobilin mühərrik və salon hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR