Bakıda baş verən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb

Bakıda baş verən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb
# 20 iyul 2013 08:42 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda baş verən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 20-də saat 00:30 radələrində Suraxanı rayonu, Dədə Qorqud yaşayış sahəsində İlham Eyvazovun idarə etdiyi «VAZ-2107» və Elsevər Xanbatovun idarə etdiyi «Volksvagen-Passat» markalı avtomobillər toqquşub. Nəticədə «VAZ-2107» markalı avtomobilin sərnişini Rövşən Qasımov hadisə yerində ölüb , xəsarət alan İ. Eyvazov və «Volksvagen» markalı avtomobilin sərnişini Aytac Xanbatova 3 saylı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR